Xəzər Xəbər

İtaliya A Seriyası: “Milan” qələbə qazanıb

İdman | 09:18 • 8 Mart 2021
İtaliya A Seriyası: “Milan” qələbə qazanıb

Martın 7-də futbol üzrə İtaliya A Seriyasının 26-ci turunda çempionluğa iddialı “Milan” komandası səfərdə “Hellas Verona” ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə milanlılar qalib gəliblər - 2:0. Oyunda hesabı 27-ci dəqiqədə Rade Kruniç açıb. Fasilədən sonra - 50-ci dəqiqədə “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Dioqo Dallot adını tabloya yazdırıb.

Bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” lider “İnter” ilə xal fərqini azaldıb. Martın 8-də ardıcıl dörd oyunda qələbə qazanan “Atalanta”nı qəbul edəcək “İnter”in isə 59 xalı var.

Xəbər lenti