Xəzər Xəbər

İngiltərə Premyer Liqası: “Liverpul” məğlub olub

İdman | 09:16 • 8 Mart 2021
İngiltərə Premyer Liqası: “Liverpul” məğlub olub

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində son çempion “Liverpul” çempionatın autsayderi “Fulhem” komandasını qəbul edib.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Mario Lemina fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra aktivində 43 xal olan “Liverpul” 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, “Liverpul”un cari mövsümdə doqquzuncu məğlubiyyətidir.

Xəbər lenti