Xəzər Xəbər

“Böyük dəbilqə”: daha bir çüdoçumuz medala sahib olub

İdman | 16:54 • 7 Mart 2021
“Böyük dəbilqə”: daha bir çüdoçumuz medala sahib olub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.

Xezerxeber.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib.

Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.

Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.

Xəbər lenti