Xəzər Xəbər

"Liverpul"un baş məşqçisi futbolçularını yığmalara buraxmır

54 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında bildirib.
İdman | 12:55 • 4 Mart 2021
"Liverpul"un baş məşqçisi futbolçularını yığmalara buraxmır

"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İngiltərəyə qayıtdıqdan sonra 10 gün karantinə alınacaqları təqdirdə, bəzi futbolçularını milli komandalara buraxmayacaq.

54 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında bildirib. Klopp Böyük Britaniya hökumətinin Braziliya, Kolumbiya və Portuqaliyadan qayıdanlar üçün 10 günlük məcburi karantin tətbiq etməsi ilə əlaqədar belə qərar qəbul edib.

Bu isə o deməkdir ki, "Liverpul"un braziliyalı oyunçular - Alisson Beker, Roberto Firmino və portuqaliyalı Diequ Jota dünya çempionatının seçmə qrup oyunları üçün öz ölkələrinə gedə bilməyəcəklər. Artıq Portuqaliya millisi problemdən çıxış yolu kimi Azərbaycanla ev oyununu İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçirməyi qərara alıb. Bu səbəbdən, Diequ Jotanın yığmanın düşərgəsinə yollanmasında problem olmayacaq. Çünki qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Portuqaliyada "Joze Alvalade" stadionunda təşkil edilməyəcək.

Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti