Xəzər Xəbər

"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

İdman | 12:47 • 2 Mart 2021
"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın "Formula 1" şirkəti qarşısındakı öhdəliyi və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

O deyib ki, martın sonlarına doğru yarış üçün baryerlər quraşdırılacaq, mayda isə tikinti yekunlaşacaq. "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Bu yarış izləyicisiz keçiriləcək".

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Xəbər lenti