Xəzər Xəbər

Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO

Hadisə | 14:20 • 12 İyun 2025
Xırdalanda yanğın söndürülüb

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

13:56

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

13:33

Məlumat verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi ((FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən Xezerxeber.az-a verilən məlumata görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

13:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Xezerxeber.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar