Xəzər Xəbər

Qaxda ağır yol qəzası baş verib

Hadisə | 13:13 • 8 İyun 2025
Qaxda ağır yol qəzası baş verib

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar