Xəzər Xəbər

Naxçıvanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Hadisə | 13:43 • 22 May 2025
Naxçıvanda dönərdən kütləvi

Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.

Bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: "Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb".

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli "fastfood" qidaların istehlakı olub.

Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.

“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, - o qeyd edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti

Çox oxunanlar