Xəzər Xəbər

Ötən il Bakıda yol qəzalarında 111 piyada ölüb

Hadisə | 13:00 • 7 May 2025
Ötən il Bakıda yol qəzalarında 111 piyada ölüb

Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib.

Məlumata görə, bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

Qəzaların baş verməsinin əsas səbəbləri:

NİİM-dən bildirilib ki, qəzaların baş verməsinə səbəblər demək olar ki, eynidir: 

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırıb: "Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir".

Rubrikanın digər xəbərləri

Bakıda avtomobil piyadanı vuraraq
Bakıda avtomobil piyadanı vuraraq Öldürüb
09:37 • 21 İyun 2025
Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025

Xəbər lenti