Xəzər Xəbər

Bakıda maşın idman zalına çırpılıb, sürücü ölüb

Hadisə | 09:27 • 28 Aprel 2025
Bakıda maşın idman zalına çırpılıb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən qəza baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.  
2000-ci il təvəllüdlü Orxan Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti