Xəzər Xəbər

Binəqədidə obyektdə Yanğın

Hadisə | 15:42 • 20 Aprel 2025
Binəqədidə obyektdə

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "Report"a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

Xəbər lenti