Xəzər Xəbər

Toyda zəhərlənənlərin sayı artıb YENİLƏNİB-3

Hadisə | 12:58 • 19 Aprel 2025
Toyda zəhərlənənlərin sayı artıb

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.

Bu barədə Xezerxeber.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

12:31

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 aprel saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

"Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - məlumatda deyilib.

09:47

Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".

Xezerxeber.az bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:

"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".

09:30

Bu gecə paytaxt Bakıda restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, zəhərlənmənin "Venesiya" şadlıq sarayında olduğu bildirilir. 

TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.

Xəbər lenti