Xəzər Xəbər

Narkotiki “kahı” formasına salaraq gömrükdən keçirtmək istədilər, tutuldular FOTO

Hadisə | 17:25 • 16 Mart 2025
Narkotiki “kahı” formasına salaraq gömrükdən keçirtmək istədilər, tutuldular

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda qəza sıxlığa səbəb oldu
Bakıda qəza sıxlığa səbəb oldu FOTO
17:10 • 22 Aprel 2025
Bakıda kişi bizlə qətlə yetirilib
Bakıda kişi bizlə qətlə yetirilib
12:36 • 22 Aprel 2025
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır YENİLƏNİB-2
10:21 • 22 Aprel 2025
Bank kartları yenə talanıb
Bank kartları yenə talanıb
10:07 • 22 Aprel 2025
Tərtərdə dəm qazından zəhərlənmə
Tərtərdə dəm qazından zəhərlənmə 4 ÖLÜ
12:14 • 21 Aprel 2025
Oğuzda fermada 200 cücə yanıb
Oğuzda fermada 200 cücə yanıb
10:04 • 21 Aprel 2025
Bakıda kitabxanada
Bakıda kitabxanada Yanğın
09:00 • 21 Aprel 2025
Binəqədidə obyektdə
Binəqədidə obyektdə Yanğın
15:42 • 20 Aprel 2025
Sumqayıtda hündürlükdən yıxılan şəxs
Sumqayıtda hündürlükdən yıxılan şəxs Öldü
11:09 • 20 Aprel 2025

Xəbər lenti