Xəzər Xəbər

Avtomobil arakəsməyə çırpılıb, sürücü ölüb FOTO

Hadisə | 11:48 • 16 Mart 2025
Avtomobil arakəsməyə çırpılıb, sürücü ölüb

Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

 

Rubrikanın digər xəbərləri

Bakıda qəza sıxlığa səbəb oldu
Bakıda qəza sıxlığa səbəb oldu FOTO
17:10 • 22 Aprel 2025
Bakıda kişi bizlə qətlə yetirilib
Bakıda kişi bizlə qətlə yetirilib
12:36 • 22 Aprel 2025
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır YENİLƏNİB-2
10:21 • 22 Aprel 2025
Bank kartları yenə talanıb
Bank kartları yenə talanıb
10:07 • 22 Aprel 2025
Tərtərdə dəm qazından zəhərlənmə
Tərtərdə dəm qazından zəhərlənmə 4 ÖLÜ
12:14 • 21 Aprel 2025
Oğuzda fermada 200 cücə yanıb
Oğuzda fermada 200 cücə yanıb
10:04 • 21 Aprel 2025
Bakıda kitabxanada
Bakıda kitabxanada Yanğın
09:00 • 21 Aprel 2025
Binəqədidə obyektdə
Binəqədidə obyektdə Yanğın
15:42 • 20 Aprel 2025
Sumqayıtda hündürlükdən yıxılan şəxs
Sumqayıtda hündürlükdən yıxılan şəxs Öldü
11:09 • 20 Aprel 2025

Xəbər lenti