Xəzər Xəbər

Goranboyda qayınata gəlinin evinin önünə qumbara atdı YARALANAN VAR

Hadisə | 19:10 • 16 Fevral 2025
Goranboyda qayınata gəlinin evinin önünə qumbara atdı

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar