Xəzər Xəbər

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb FOTO

Hadisə | 11:12 • 2 Dekabr 2024
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, noyabr ayının 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025
Sumqayıtda avtomobildə yanğın
Sumqayıtda avtomobildə yanğın Öıən var
10:15 • 12 Yanvar 2025
Türkiyədə fabrikdə
Türkiyədə fabrikdə yanğın
09:43 • 12 Yanvar 2025
Bakıda gənc qız itkin düşüb
Bakıda gənc qız itkin düşüb
09:23 • 9 Yanvar 2025

Xəbər lenti