Xəzər Xəbər

Bu il narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Hadisə | 13:29 • 15 Sentyabr 2023
Bu il narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 407,6 hektar sahədən çəkisi 257 ton 546 kq 610,98 qr olan 869.387 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir. 

Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5721 nəfər cəlb edilib, onlardan 57 nəfəri xarici ölkə vətəndaşıdır.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 191 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 531 kq 325,919 qr və 47726 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 3128 ədəd həb və 12,95 qr güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 205-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 645 kq 485,666 qr və 580 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilib.

2127 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 221 kq 409,6 müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar