Xəzər Xəbər

Yük maşınını polisin üzərinə sürən sürücü tutulub FOTO

Hadisə | 16:53 • 25 May 2023
Yük maşınını polisin üzərinə sürən sürücü tutulub

Mayın 24-də, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “KamAZ” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Xezerxeber.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib. 

Nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.

Görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti