Xəzər Xəbər

Sumqayıtda odlu silahdan havaya atəş açılıb

Hadisə | 12:08 • 31 Mart 2023
Sumqayıtda odlu silahdan havaya atəş açılıb

Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Şəhər ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.

Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti