Xəzər Xəbər

Fazil Mustafaya sui-qəsd olub YENİLƏNİB

Hadisə | 22:41 • 28 Mart 2023
Fazil Mustafaya sui-qəsd olub

Bakıda millət vəkili Fazil Mustafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, deputat Sabunçu rayonunda yerləşən yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə, hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

22:29

Millət vəkili Fazil Mustafa güllələnib.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, deputar evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və şəxslər tərəfindən güllələnib.

Hazırda deputat təcili yardım briqadası tərəfindın xəstəxanaya aparılır.

Fazil Mustafanın qardaşı APA-ya açıqlamasında faktı təsdiqləyib.

Xəbər lenti