Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Hadisə | 10:45 • 24 Mart 2023
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Martın 23-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti