Xəzər Xəbər

Xəzər dənizinin sahilində 700-dək suiti leşi aşkarlanıb

Hadisə | 12:00 • 4 Dekabr 2022
Xəzər dənizinin sahilində 700-dək suiti leşi aşkarlanıb

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkar olunub.

Bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğunu müəyyən etmək üçün hazırda laboratoriya tədqiqatları aparılır. (AZƏRTAC)

Xəbər lenti