Xəzər Xəbər

Metroda cibgirlik edən şəxslər tutulub FOTO

Hadisə | 14:13 • 21 Noyabr 2022
Metroda cibgirlik edən şəxslər tutulub

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.

Xəbər lenti