Xəzər Xəbər

İdarə rəisinin minaya düşdüyü ərazidə daha 3 mina tapıldı

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib.
Hadisə | 13:42 • 4 Mart 2021
İdarə rəisinin minaya düşdüyü ərazidə daha 3 mina tapıldı

Ağdamın Novruzlu kəndində Mexaniki Suvarmalar Sistemi İdarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü ərazidə əlavə olaraq 3 ədəd Ermənistan istehsalı olan PMN - piyada əleyhine mina aşkarlanıb.

XəzərXəbər bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bundan başqa, rayon ərazisinə baxış keçirilən zaman 39 ədəd PMN mina aşkarlanıb. Həmçinin, 8 ədəd TM-62 P2 mina aşkarlanaraq zərərsizləşdirilib.

Axtarış işləri aparılır

Agentliyin əməkdaşları hazırda təcili təxirəsalınmaz işlərini davam etdirir. Ağdam rayon ərazisində aşkar olunmuş 100-ə yaxın TM62 P2 tank əleyhinə mina partlayış işləri aparılır.

Agentlik insanların işğaldan azad olunmuş ərazilərə keçməməsini xahiş edir, ərazinin son dərəcə təhlükəli olduğu bildirilir.

Xəbər lenti