Xəzər Xəbər

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib

Gündəm | 10:19 • 29 Aprel 2025
Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

Bu barədə Xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

Xəbər lenti