Xəzər Xəbər

Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan- Ermənistan sülh müqaviləsini müzakirə edib

Gündəm | 19:20 • 15 Fevral 2025
Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan- Ermənistan sülh müqaviləsini müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

Xəbər lenti