Xəzər Xəbər

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Gündəm | 12:43 • 20 Yanvar 2025
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Xəbər lenti