Xəzər Xəbər

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

Gündəm | 11:22 • 14 Noyabr 2024
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim forumu beynəlxalq əhəmiyyətli tədbirlərlə zəngindir. Belə ki, noyabrın 14-də belə formatda ilk olan Özbəkistan Respublikasının pavilyonunda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ekologiya və ətraf mühit nazirlərinin görüşü baş tutub.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri və TDT-nin Baş katibi iştirak ediblər. İştirakçılar təşkilata üzv dövlətlərin ekologiya nazirlərinin Bəyannaməsini imzalayıblar. Daha sonra çıxışlar edilib.

Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.

Xəbər lenti