Xəzər Xəbər

“Azərenerji” ASC-nin prezidentinə şiddətli töhmət verilib

Gündəm | 14:20 • 5 Oktyabr 2024
“Azərenerji” ASC-nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Xezerxeber.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Xəbər lenti