Xəzər Xəbər

Peskov: Erməni əhalinin Qarabağdan getməsinin real səbəbləri yoxdur

Gündəm | 17:34 • 28 Sentyabr 2023
Peskov: Erməni əhalinin Qarabağdan getməsinin real səbəbləri yoxdur

Moskva Qarabağdakı vəziyyəti diqqətlə izləyir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.

O qeyd edib ki, Kreml Qarabağdakı vəziyyəti, xüsusilə, onun humanitar aspektini diqqətlə müşahidə edir.

Kremlin sözçüsünün dediyinə görə, insanlar Qarabağ ərazisini tərk etmək istədiklərini bildirirlər. “Onların bir hissəsi, ola bilər ki, bu ərazidən həmişəlik, bir qismi isə müvəqqəti getmək istədiklərini ifadə edirlər”, - deyə D.Peskov vurğulayıb.

O qeyd edib ki, erməni əhalinin Qarabağdan getməsinin günahkarları və real səbəbləri yoxdur. İnsanlarda belə bir istək transformasiya dövründə yaranır.

D.Peskov, həmçinin qondarma “Dağlıq Qarabağ Respublikasının” mövcudluğuna xitam verilməsi məsələsini də şərh edib: “Biz tanınmamış “Dağlıq Qarabağ Respublikası” prezidentinin respublikanın buraxılmasına dair fərmanını nəzərə alırıq. Sənədin ikinci bəndində bölgənin Azərbaycanla inteqrasiyasının vacibliyi məsələsi diqqəti cəlb edir”.

Xəbər lenti

Çox oxunanlar