Xəzər Xəbər

Riyad Əl-Maliki: Azərbaycanın səylərini alqışlayırıq

Gündəm | 16:50 • 30 Mart 2023
Riyad Əl-Maliki: Azərbaycanın səylərini alqışlayırıq

Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə brifinqdə deyib.

Azərbaycan və Fələstinin dost ölkələr olduğunu deyən nazir C.Bayramov ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə etdiklərini deyib. O, fələstinli tələbələr üçün təhsil proqramı təqdim etməsinə və Fələstində məktəb inşa etmək təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.

Riyad Əl-Maliki yaxın vaxtlarda Fələstində Azərbaycan nümayəndəliyinin açılışının olacağını deyib.

Xəbər lenti