Xəzər Xəbər

Sabah 20 dərəcə isti olacaq

Gündəm | 13:32 • 4 Mart 2023
Sabah 20 dərəcə isti olacaq

Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Xəbər lenti