Xəzər Xəbər

Səfir: “Terror aktı zamanı yaralanan əməkdaşlarımızın səhhəti nəzarət altındadır”

Gündəm | 15:20 • 30 Yanvar 2023
Səfir: “Terror aktı zamanı yaralanan əməkdaşlarımızın səhhəti nəzarət altındadır”

“Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində yaralanan şəxslərin vəziyyəti yaxşıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İrandan təxliyyə olunan səfiri Əli Əlizadə deyib.

Diplomatın sözlərinə görə, onların səhhəti ilə bağlı məsələ nəzarət altındadır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunublar. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər lenti