Xəzər Xəbər

Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub

Gündəm | 20:18 • 3 Dekabr 2022
Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti