Xəzər Xəbər

Yağış, qar yağıb FAKTİKİ HAVA

Gündəm | 11:16 • 27 Noyabr 2022
Yağış, qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə,

yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

Xəbər lenti