Xəzər Xəbər

Türkiyə Qarabağa yeni general göndərdi

Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub
Gündəm | 12:17 • 9 Sentyabr 2022
Türkiyə Qarabağa yeni general göndərdi

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin komandanı general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.

Xəbər lenti