Xəzər Xəbər

Azərbaycan Ordusunda COVID-19-a qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlanıb

Gündəm | 12:46 • 7 Mart 2021
Azərbaycan Ordusunda COVID-19-a qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlanıb

Azərbaycan Ordusunda 9 minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub.

Bunu Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə xezerxeber.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır: "Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb. Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır. Bu günədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub".

Xəbər lenti