Xəzər Xəbər

İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb

Dünya | 16:15 • 23 May 2025
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb

İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.

Xəbər lenti

Çox oxunanlar