Xəzər Xəbər

Litva gürcü diplomatlara qarşı sanksiya tətbiq edib

Dünya | 16:55 • 22 May 2025
Litva gürcü diplomatlara qarşı sanksiya tətbiq edib

Litva hökuməti Gürcüstanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Delfi" agentliyi Litva hökumətinə istinadla məlumat yayıb.

Litva hökuməti həmçinin, Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, 5 iş günü ərzində bu qərarla bağlı Avropa İttifaqı və Avropa Kimissiyası ölkələrini məlumatlandırsın.

Qeyd edək ki, mayın 8-də Estoniya hökuməti Gürcüstan diplomatlarına qarşı sanksiya tətbiq edib və diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.

Xəbər lenti