Rusiya ilə Ukrayna arasında memorandumun hazırlanması üzrə iş diskret, ictimai olmayan formatda davam edir, lakin dinamik şəkildə gedir.
Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskov “prosesi ləngitməkdə heç kimin maraqlı olmadığını” vurğulayıb və hadisələrin inkişafı barədə məlumat verəcəyini vəd edib.
“İşlərin əksəriyyəti diskret rejimdə aparılır və məlum səbəblərə görə o, ictimaiyyət üçün açıq olmamalıdır”, - deyə Kremlin sözçüsü qeyd edib.
O, həmçinin İstanbulda əldə edilmiş razılaşmaların icrasının, o cümlədən “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin mübadiləsinin davam etdiyini bildirib.
“İş İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq aparılır”, -deyə Peskov təsdiqləyib.