Xəzər Xəbər

Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli əməkdaşlığa köklənib

Dünya | 12:23 • 21 May 2025
Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli əməkdaşlığa köklənib

Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa köklənib.

Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr davam edir və humanitar əməkdaşlığın inkişafında müsbət dinamika mövcuddur: "Komandalar artıq iki ölkənin Xarici İşlər nazirlikləri arasında yeni iki illik siyasi məsləhətləşmə proqramının hazırlanmasını başa çatdırıblar və ümid edirəm ki, biz onu bu gün imzalayacağıq"

A.Mirzoyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığın inkişafını qeyd edib.

Xəbər lenti