Xəzər Xəbər

Pakistanda məktəb avtobusu partladılıb, ölənlər var

Dünya | 11:50 • 21 May 2025
Pakistanda məktəb avtobusu partladılıb, ölənlər var

Pakistanın Bəlucistan əyalətində məktəb avtobusunu hədəf alan kamikadze hücumunda 5 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətində kamikadzenin ordunun məktəb avtobusunu hədəf alması nəticəsində ölən beş nəfər arasında ən azı üç uşaq olub. 

Hadisənin baş verdiyi Xuzdar rayonunun icra başçısı Yasir İqbal bildirib ki, hərbi məktəbə gedən avtobusda 40-a yaxın şagird olub və bir neçə nəfər xəsarət alıb.

Pakistan Baş nazir Şahbaz Şərif və ordu rəsmiləri hücumu pisləyib.

Xəbər lenti