Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindədirlər.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İttifaqın xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.
"Bu gün biz Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindəyik", - o qeyd edib.