Xəzər Xəbər

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq

Dünya | 08:42 • 20 May 2025
Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq

“Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq. Ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək həm Prezidentin, həm də hərbçilərin konstitusion hüququdur”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

“Burada məsələ Prezident Trampla bağlı deyil. Niyə? Çünki bu, bizim torpağımız, dövlətimiz, ordumuz və müstəqilliyimizdir. Məsələ Ukraynanın nəyi bacarıb, nəyi bacarmamasıdır. Heç kim qoşunlarımızı ərazilərimizdən çıxarmayacaq. Bu, mənim konstitusion haqqımdır, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq hərbçilərimizin borcudur”, - deyə Zelenski əlavə edib.

Zelenski qeyd edib ki, hazırda müvəqqəti işğal olunmuş ərazilər var, lakin Ukrayna heç bir ultimatum yerinə yetirməyəcək və heç kim öz torpağından, ərazilərindən, xalqından, evindən əl çəkməyəcək.

“Memorandumda hansı prinsiplərin olduğunu bilmirəm. Əgər Rusiya qoşunlarımızı öz torpaqlarımızdan çıxarmaq üçün şərtlər qoyursa, bu, o deməkdir ki, onlar atəşkəs istəmirlər və Ukrayna Prezidentinin bunu açıq şəkildə başa düşməsini istəmirlər”, - deyə Zelenski əlavə edib.

Xəbər lenti

Çox oxunanlar