Xəzər Xəbər

Ukrayna cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Dünya | 18:27 • 16 May 2025
Ukrayna cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Ukrayna cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır. Eyni zamanda, Rusiya ilə ən yüksək səviyyədə danışıqları dəstəkləyir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, İstanbulda Prezident ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq, Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel, Almaniya Kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Zautter və Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb.

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək danışıqlar ərəfəsində mövqelər uzlaşdırılıb. Kiyev, öz növbəsində, sülh təşəbbüslərinə sadiqliyini bir daha təsdiqləyib.

“Sülh yalnız o halda mümkündür ki, Rusiya konkret addımlar atmağa hazır olduğunu göstərsin. Bu addımlara ən azı 30 gün müddətinə tam atəşkəs və humanitar tədbirlərin həyata keçirilməsi, məsələn, zorla deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılması və “hamının hamıya” prinsipi ilə hərbi əsirlərin mübadiləsi daxildir,” – deyə nazir vurğulayıb.

Xəbər lenti