ABŞ Prezidentİ Donald Tramp Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinə zəng edə biləcəyini bildirib.
Xezerxeber.az CNN-ə istinadən veridiyi məlumata görə, bu barədə Tramp Yaxın Şərq səfərinin yekununda təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələnin həlli üçün Putinlə görüşməlidir və bu görüş nə qədər tez təşkil edilsə, o qədər tez baş tutacaq.
"Düşünürəm ki, biz bunu həll edəcəyik. Ola bilsin, edə bilməyəcəyik, amma ən azından artıq bunu biləcəyik. Əgər həll etməsək, çox maraqlı olacaq”,- deyə ABŞ Prezidenti əlavə edib.