Xəzər Xəbər

Ermənistanda 11 vəzifəli şəxs həbs edildi

Dünya | 12:00 • 15 May 2025
Ermənistanda 11 vəzifəli şəxs həbs edildi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində vəzifəli şəxslər həbs edilib.

Xezerxeber.az-ın məlumatına görə, komitədən yerli KİV-ə bildirilib ki, rüşvət vermək və almaq ittihamı ilə həbs edilən vəzifəli şəxslərin sayı 11 nəfərdir. 

“Onlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində həbs ediliblər”.

Həbs olunanlar arasında Şenqavit rayon administrasiyasının məmurlarının olduğu da qeyd edilib.

Xəbər lenti