Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
“Söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar edilməsi səyləri ilə bağlı məsələlər müzakirə olunub”, - mənbə qeyd edib.
Mayın 12-də Fidan ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə söhbətində Ukrayna nizamlanması məsələsini qaldırıb.