Xəzər Xəbər

Rusiyalı general partlayışda həlak olub - Cinayət işi açılıb

Dünya | 14:15 • 25 Aprel 2025
Rusiyalı general partlayışda həlak olub - Cinayət işi açılıb

Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.

Xezerxeber.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi tövsif edib.

Həmçinin komitədən bildirilib ki, avtomobildə elemetləri olan partlayıcı qurğu işə düşüb.

Qeyd edək ki, bu gün səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytnant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.

Xəbər lenti