Xəzər Xəbər

Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub

Dünya | 19:59 • 19 Aprel 2025
Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, 246 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib. Öz növbəsində rəsmi Kiyev Rusiya Ordusunun eyni sayda hərbi qulluqçusunu geri qaytarıb.

Xəbər lenti